Qaret Beylin debüt qolu “Tottenhem”ə qələbə qazandırdı

İngiltərə Premyer Liqasının yeddinci turu çərçivəsində “Tottenhem” öz meydanında “Brayton”u qəbul edib. 

Bakunews.media xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatıb. 

Qarşılaşmada hesabı “Tottenhem”in hücumçusu Harri Keyn açıb. O, təyin edilmiş penaltini dəqiq yerinə yetirib. 

Oyunun 56-cı dəqiqəsində qonaqların 2 nömrəli futbolçusu Lamptey hesaba tarazlıq gətirib: 1-1. 

“Tottenhem”ə qələbə qazandıran qolun müəllifi klubun yeni transferi Qaret Beyl olub. O, debüt qolunu qarşılaşmanın 73-cü dəqiqəsində vurub.

Bu qələbədən sonra “Tottenhem” 14 xalla 2-ci pilləyə qalxıb. “Brayton” 5 xalla 16-cı pillədə qərarlaşıb.

0.16923093795776