Madridin “Real” klubunun üzvü koronavirusa yoluxdu

Çempionlar Liqasında Milanın “İnter” klubuna qarşı oynamağa hazırlaşan Madrid “Real”ının futbolçularından biri COVID-19-a yoluxub.

Bu barədə “Football Italia” məlumat yayıb.

Lakin klub koronavirusa yoluxan futbolçunun kimliyi barədə məlumat verməyib.

Bildirilib ki, əgər futbolçunun COVID-19-la bağlı ikinci testi də müsbət nəticə göstərsə, futbolçu Çempionlar Liqasının bir sıra görüşlərini buraxmaq məcburiyyətində qalacaq.

0.38807988166809