Konor etiraf etdi: “Həbib fenomenal döyüşçüdür” - FOTO

Mütləq Döyüş Çempionatının (UFC) iki çəki dərəcəsində keçmiş çempionu irlandiyalı Konor Makqreqor öz “Twitter” səhifəsində Həbib Nurməhəmmədovu fenomenal döyüşçü adlandırıb.

“Fenomenal döyüşçüdür. İndi idmanın bu növündə ən yaxşıdır. Ancaq mənim bir cavabım var və bunu da onlar bilirlər”, - deyə K.Makqreqor yazıb.

Xatırladaq ki, 2018-ci ildə rusiyalı döyüşçü Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqora döyüşün 4-cü raundunda boğucu fəndlə qalib gəlmişdi.

 

0.31834387779236