“Sivasspor”un baş məşqçisi “Qarabağ” üzərindəki qələbədən danışdı

Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edən “Sivasspor” komandasının baş məşqçisi Rıza Çalımbay mətbuat konfransında qələbə haqqında danışıb: 

“Qələbə qazandığımız üçün xoşbəxtik. Bu, həm özümüz, həm də Türkiyə üçün önəmli qarşılaşma idi. İlk hissədə daha çox qol imkanları yaratdıq. Əvvəlki oyunlara tam heyətlə çıxa bilsəydik, daha fərqli “Sivasspor” görəcəkdiniz. Hələ heç nə bitməyib. Səfərdə yaxşı oynayırıq. Məqsədimiz qrupdan çıxmaqdır”. 

0.30513691902161