“Qarabağ”ın qrupunda darmadağın: “Vilyareal” İsrail komandasına aman vermədi

Avropa Liqasında “Qarabağ”ın da yer aldığı I qrupunda “Vilyareal” öz meydanında Təl-Əvivin “Makkabi” klubunu qəbul edib. 

Bakunews.media xəbər verir ki, görüşdə meydan sahibi erkən qola sevinib. Qarşılaşmanın 4-cü dəqiqəsində Bakka topu rəqib qapısından keçirib. 

İlk hissə bu hesabla başa çatıb. Qarşılaşmanın ikinci hissəsində Bakka növbəti dəfə fərqlənib. 52-ci dəqiqədə forvard Kubonun ötürməsini dəqiq zərbə ilə tamamlayıb. 

71-ci dəqiqədə Baena, 10 dəqiqə sonra Ninonun vurduğu qollarla “Vilyareal” 4:0 hesablı qələbəyə sevinib. 

Bu nəticələrdən sonra “Vilyareal” 9 xalla birinci, “Makkabi” 6 xalla ikinci, “Sivasspor” 3 xalla üçüncüdür. “Qarabağ” klubu isə qrup mərhələsində keçirdiyi üç qarşılaşmanın hamısında məğlub olub və qrupda hələlik sonuncudur.

0.3278169631958