Əlavə olunmuş dəqiqələrdə fərqlənən qapıçı biabır oldu - VİDEO

 

İspaniyanın futbol üzrə aşağı dəstələrində çıxış edən “Vinyaros” və “Peniskola” klublarının qarşılaşmasında maraqlı anlar yaşanıb.

Sports.ru-nun məlumatına görə, qarşılaşmaya əlavə olunmuş vaxtda 0:1 hesabı ilə geridə olan meydan sahibləri cavab qolunu qapıçı sayəsində vura biliblər.

Bundan sonra komandada böyük sevinc yaşanıb. Lakin hər kəsdən çox qol vuran – qapıçı sevinib. Belə olan halda isə qapıçı qapısına qayıtmaqda gecikib. Qonaqlar isə hakimin fitindən sonra mərkəz xəttindən qapıya dəqiq zərbə endiriblər. Beləliklə ev sahibləri qarşılaşmada 1:2 hesabı ilə məğlub olublar.

 

0.30848479270935