Pirlo Kriştianu Ronaldunun zədələndiyini açıqladı

“Yuventus”un baş məşqçisi Andre Pirlo Kriştianu Ronaldunun “Latsio” ilə oyunda zədələndiyini açıqlayıb.

Bu baradə “Goal” nəşri məlumat yayıb.

“Ronaldu təkcə bizim üçün deyil, oynadığı bütün komandalar üçün əsas oyunçudur. Təəssüf ki, ayaq biləyində problem yarandı və meydanı tərk etmək məcburiyyətində qaldı”, - deyə italiyalı futbol mütəxəssisi qeyd edib.

Qeyd edək ki, İtaliya çempionatının 7-ci turunda keçirilən “Latsio” - “Yuventus” matçı 1:1 hesabı ilə yekunlaşıb.

0.34403300285339