“Rubik kubu”nu cəmi 17 saniyəyə yığan gənc qalib gəldi - FOTO/VİDEO

Britaniyalı Kriss Malls “Red Bull Rubiks Cube World Cup 2020” yarışında birinci yerə çıxaraq 22 800 funt sterlinq (50 960 AZN) mükafat alıb.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Bildirilir ki, “rəngli tapmaca”nın ilk buraxılışının 40 illiyi münasibəti ilə təşkil olunan müsabiqə koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər səbəbindən ilk dəfə olaraq onlayn keçirilib.

Sasseksli 18 yaşlı gənc sonuncu raunda “Rubik kubu”nu 17,6 saniyəyə yığmaqla alman rəqibi Riki Meylerə qalib gəlib.

0.38129496574402