Yahudi xalqı ermənilərdən fərqli olaraq boşaldılan evləri dağıtmadılar, yandırmadılar
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-un suallarını cavablandırıb.
- Fuad müəllim, artıq 44 günlük müharibə geridə qaldı. İkinci Qarabağ müharibəsini Azərbaycanın tam qələbəsi kimi hesab etmək olarmı?
- Birmənalı olaraq bu bizim tam qələbəmizdir. Ermənistan ordusunu darmadağın edən Azərbaycanın rəşadətli ordusy 5 şəhər, 4 qəsəbə, 300 kənd və çoxsaylı strateji yüksəklikləri azad etdi. Şuşanı və Xocalının yarısını azad edərək Ermənistanı kapitulyasiyaya məcbur etdik. Onların başqa yolu galmamışdı. Azərbaycan ordusu işğalda olan torpaqları tam azad etdi.
- Fuad müəllim, Rusiya sülhməramlı qüvələrin Xankəndinə gəlməsi cəmiyyətimizdə birmənalı qarşılanmadı.
- Mən burada heç bir problem görmürəm. Rusiya sülhməramlıların fəaliyyət coğrafiyası və fəaliyyət qaydaları Azərbaycanla razılaşdırılaraq müəyyən edilib. Onlar yalnız 5 km-lik kiçik Laçın dəhlizi, Xankəndinə gedən yolda və Xankəndində fəaliyyət göstərəcəklər. Bax bu məqam kimlərisə çaşdıra bilər. Bəzilər fikirləşilər ki, Ermənistan Laçın dəhlizi vasitəsilə öz çirkin əməllərini həyata keçirəcək. Əsla belə olmayacaq. Çünki Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir. Bu üçtərəfli bəyanatda öz əksini tapıb.
- Ermənilər artıq Kəlbəcəri boşaldırlar. İşğal etdiyi ərazilərdə təbiətə zərər vururlar. Kəlbəcərdə boşaldılan evləri yandırıb gediblər...
- Ermənilərin təbiətə zərər vurduqlarını bütün dünya görür. Və yəqin ki, bununla bağlı müvafiq təşkilatlar məşqul olacaqlar. Bu vandalizm, ekoloji terrordur. Buna görə də cavab verəcəklər. O ki, galdı evlərin yandırılması, bu bir daha onların murdar bir millət olduğunu göstərir. Mənim 2005-ci il yadıma düşür. 2005-ci ildə dünya birliyinin təzyiqi altında İsrail dövləti "Fələstinlilərdən birtərəfli ayrılma" planını həyata keçirərkən, bütün yəhudi məskənlərini Qəzza zolağından boşaltdılar. Amma ermənilərdən fərqli olaraq boşaldılan evləri dağıtmadılar, yandırmadılar. Qəzza zolağından çıxarılan iyirmidən çox yəhudi yaşayış məntəqəsinin bütün infrastrukturu, yaşayış binalar yəhudi xalqı tərəfindən xoşməramlı bir jest olaraq fələstinlilərə bağışlanmışdır. Bilirsiz niyə ermənilər Kəlbəcəri tərk edərkən evləri yandırdılar? Çünki o evləri onlar tikməyiblər, onların deyil. O evlərdə azərbaycanlılar yaşayırdı. Amma kəlbəcərlilər heç heyiflənməsinlər. Yaxın bir zamanda onlar üçün yeni evlər tikiləcək və onlar ora köçə biləcəklər.