Dinarə Məmmədova: Ordumuzun sayəsində bizi tarixdə Qələbə xalqı kimi tanıyacaqlar
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədrin müşaviri Dinarə Məmmədovanın erməni faşistlərin Kəlbəcərdə törətdiyi cinayətlərlə bağlı açıqlamasını təqdim edirik.
Biz dözümlü xalqıq. 118 260 gün gözləyən biz, Kəlbəcərin boşaldılmasının bir 10 gün də gözləyərik. Baxmayaraq ki, onlar heç bir gün, belə, bizə imkan verməmişdilər... “Axırıncı aşırım” filmində Qəmlonun Kərbəlaya dediyi sözlərini bir az korrektə edib, deyirəm ki, ”Bunların nazı ilə çox oynayırıq, ha...”
İndi nə edək, minnətçi Vladimir Vladimiroviç oldu... Eybi yox 10 gün də gözlıyərik.
Ay millət, hər şey görmüşəm, çox şey eşitmişəm, amma bu kadrları görəndə, dedim gör hələ nələr var ki, görməmişəm.
Adətən zəlzələ və yaxud fövqəladə hadisə baş verəndə evi tərk edəndə ən vacib olan sənədləri, qeyimi götürüb gedirlər. Heç Ukraynanın keçmiş prezidenti Yanukoviç bir pasport götürüb qaçdı. Qızıldan olan unitazı belə çıxardıb apara bilmədi. Ay millət, qızıldan olan....
Bu qotur bir erməni unitazdan elə yapışmışdı, elə bil ki, onun içində qızıl yox, briliyantlar var idi... Bu erməni xalqın əsl üzüdür. Evləri, meşələri yandırıb gedirlər. Ağacları dibindən kəsib aparırlar.
40-70-100 yaşlı ağacların nə günahı var?! O yazıq ağacların bəyəm milləti var? Onu bilsinlər ki, bütün bu cinayətlərə görə cavab verəcəklər. Beynəlxalq məhkəmələr bəlkə də susar, amma təbiəti yaradan Allah bu cinayətə görə sizi mütləq cəzalandıracaq, İnşallah. Necə ki, 90-ci ilin əvvələrində bizim Qarabağda minlərlə şəhidin qısası 44 gündə alındı..
Biz Qarabağın gözəl təbiətini Allahın köməyilə bərpa edəcəyik. Artıq biz 10 Noyabrı erməni faşizm üzərində Qələbə günü kimi böyük fəxr ilə qeyd edəcəyik. Biz Qələbə çalan xalqların sırasına daxil olduq. Bizi tarixdə Qələbə xalqı kimi tanıyacaqlar.
Siz, ermənilər, unitaz xalqı kimi yaddaşlarda həkk olunduz!!!