Teymur Rəcəbov “Skilling open”də mübarizəni dayandırdı

Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Skilling open” turnirində mübarizəni dayandırıb. 

Bakunews.media xəbər verir ki, o, 1/4 final mərhələsində ABŞ-dan olan rəqibi Uesli Sonu məğlub etsə də, ikinci qarşılaşmada uduzub. 

Ümumi hesab bərabərləşdiyindən tərəflər tay-brek oynayıblar. Burada da heç-heçə qeydə alındığından qalibi müəyyənləşdirmək üçün armageddon oynanılıb. Rəqibinə uduzan Rəcəbov onlayn turnirlə vidalaşıb. So isə adını yarımfinala yazdırıb.

Zaur Xudiyev

0.30202507972717