Ağstafada ağır yol qəzası: 5 nəfər yaralanıb - FOTO

Ağstafada Dağ Kəsəmən kənd ərazisində “VAZ 2017” markalı 2 avtomobil toqquşub.

Bakunews.media-ın bölgə müxbirinin verdiyi məlumata görə, qəza nəticəsində 5 nəfər xəsarət alıb.

Bunlar Qazax rayon sakinləri 2005-ci il təvəllüdlü Alməmmədli Rəvan, 1984-cü il təvəllüdlü Nuriyeva Aytən, 1999-cu il təvəllüdlü Məmmədova Tahirə, Ağstafa rayon sakinləri 1993-cü il təvəllüdlü Əlizadə Əli və 1998-ci il təvəllüdlü Əliyeva Samirədir. Onların vəziyyəti orta ağır kimi qiymətləndirilir. 

Fakla bağlı Ağstafa rayon Pokis Şöbəsində arşdırma aparılır.

0.36408090591431