Bakıda zəncirvari qəza: Yaralılar var - FOTO

Bakının Nərimanov rayonunda 5 avtomobil toqquşub. 

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib. 

“Nissan” markalı avtomobilə arxadan gələn “Volkswagen”, ona isə ardınca “Mercedes” markalı iki avtomobil çırpılıb. 

Qəza zamanı iki sərnişin xəsarət alıb.  

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. 

0.38343095779419