Mingəçevir sakini naməlum şəraitdə bıçaqlanıb

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Fazil Əzimov küçəsində qeydə alınıb. 

1968-ci il təvəllüdlü Nəbiyev Vaqif Bahələddinoviç naməlum şəraitdə sağ qulaq nahiyyəsindən kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Görülən tibbi yardım sayəsində zərərçəkənin durumu stabilləşib.

Hadisənin başvermə səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

0.46447992324829