İmişlidə piyadanı vurub qaçan sürücü tutuldu

Yanvarın 5-də saat 1 radələrində İmişli rayonunun Qaralar kəndi ərazisində yolu keçən Yalavac kənd sakini M.Orucov naməlum avtomobillə vurulub.  

Xəsarət almış piyada xəstəxanaya yerləşdirilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakunews.media-a bildiriblər ki, yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Yalavac kənd sakini V.Mustafayev İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. 

Hadisə ilə bağlı araşdırma aparılır. 

0.20593690872192