Qaradağda təkəri qırılan avtomobil yük maşınına çırpıldı - FOTO

Qaradağda avtomobil idarəetmədən çıxaraq “TIR”la toqquşub.

Bakunews.media xəbər verir ki, Qəza Lökbatan dairəsi adlanan ərazidə baş verib.

Hadisə şahidi, Gürcüstan vətəndaşı Omari Qardavili Baku TV-yə açıqlamasında bildirib ki, “AzSamand” markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olan zaman nəqliyyat vasitəsinin təkərlərində problem yaranıb. Nəticədə avtomaşın idarərtmədən çıxıb və dairəvi yoldakı arakəsməyə çırpılıb.

Bu zaman nəqliyyat vasitəsinin təkəri qırılıb. Sürücü özünü avtomobildən çölə atıb və sağ qalıb.

Daha sonra avtomobil yol kənarında hərəkətsiz vəziyyətdə dayanmış tıra çırpılıb. Hadisə nəticəsində xəsarət alanın olmadığı bildirilir. Minik avtomobili isə yararsız vəziyyətə düşüb.

Əraziyə Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.

Kamil Əmirli, Orxan Hüseynzadə

0.41153907775879