Bakının mərkəzində, yaşayış evindəki yanğın söndürüldü - YENİLƏNİB

Bakıda yaşayış evində baş verən yanğın söndürülüb. 

FHN-dən Bakunews.media-a verilən məlumata görə, Yasamal rayonunda ümumi sahəsi 55 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

21:01

Bakıda yaşayış evində yanğın baş verib.  

FHN-dən Bakunews.media-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi 33 ünvanında fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.  

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. 

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür. 

0.31568598747253