Cəlilabadda qohumları qadını döyüb xəstəxanalıq etdilər

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. 

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb. Belə ki, 1974-cü il təvəllüdlü Turabova Gülbəniz Hacıbala qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya gətirilib. 

Yaralı qadına müvafiq tibbi yardım göstərilib. Məlumata görə, qadın qohumları tərəfindən döyülüb. 

Faktla bağlı araşdırma aparılır. 

0.40461707115173