Baklda avtomobil kişini vurub ayaqlarını sındırdı

Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı 53 yaşlı kişi xəsarət alıb. 

Bakunews.media xəbər verir ki, minik avtomobili yolu keçmək istəyən Fərziyev Natiq Əbdülhüseyn oğlunu vurub. 

Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.  

Ona hər iki ayağının sınığı və kəllə-beyin travması diaqnozu qoyulub.  

Faktla bağlı araşdırma aparılır.  

Kamil Əmirli 

0.31507396697998