Azərbaycanda məktəbdə partlayış olub, xəsarət alan var - YENİLƏNİB + FOTO

Yevlax Şəhər Təhsil Şöbəsi Yevlaxdakı 1 saylı orta məktəbin qazanxanasında baş vermiş partlayışla bağlı məlumat yayıb.

APA Təhsil Şöbəsinə istinadən xəbər verir ki, yanvarın 9-da gecə saat 3-4 radələrində şəhər 1 saylı tam orta məktəbin qazanxanasında partlayış baş verib və yanğın olub. Yanğın Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin əməkdaşları tərəfindən söndürülüb.

Hadisə nəticəsində məktəbin gözətçisi Ramiz Quliyev yanıq xəsarəti ilə Yevlax Şəhər Mərkəzi Xəstəxanasına, oradan da Bakı şəhərinə - 5 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Xəstənin vəziyyəti kafidir. Baş verən hadisə zamanı digər xəsarət alan olmayıb.

Məktəbin istilik sistemi qurğusu istismara yararsız vəziyyətə düşdüyündən hazırda bununla bağlı iş aparılır.

19:38

Yevlax rayonunda orta məktəbdə partlayış olub.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə 1 saylı orta məktəbin qazanxanasında baş verib.

Partlayış zamanı məktəbin gözətçisi Ramiz Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirlib.

Qeydə alınan hadisə axşam saatlarında baş verdiyindən şagird və müəllimlərdən zərər görən olmayıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

0.3164050579071