Litva baş nazirindən bəyanat: “Ukraynaya əsgər göndərməyə hazırıq”

Litvanın Baş naziri İnqrida Şimonite ölkənin öz əsgərlərini Ukraynaya göndərməyə hazır olduğunu bəyan edib.

Lakin hökumət başçısı qeyd edib ki, bu, yalnız təlim missiyası çərçivəsində mümkün ola bilər.

Şimonite jurnalistləri əmin edib ki, Litva hökuməti artıq parlamentdən təlim məqsədilə Ukraynaya qoşun göndərilməsi üçün icazə alıb.

Mənbə: MK.ru

0.42415904998779