Parisdə dünyaca məşhur brendin mağazası qarət edildi

Fransa paytaxtı Parisin Sen-Jermen Bulvarında (Parisin 6-cı rayonu) yerləşən "Louis Vuitton" mağazası qarət edilib.

Bu barədə Bakunews.media "Le Figaro" nəşrinə istinadən xəbər verir.

Nəşrin öz polis mənbələrinə istinadən məlumatına görə, cinayətkarlar yerli vaxtla saat 4:30-da avtomobillə mağazanın giriş qapılarını dağıdıblar. Həmin an rəflərdə olanların yarısını çıxarmaq üçün oğrular dörd dəqiqə sərf ediblər. Bundan sonra onlar maşına minərək naməlum istiqamətdə gözdən itiblər. Hadisəni törədənləri hələ ki tapmaq mümkün olmayıb.

Polisin məlumatına görə, cinayətkarlar yüzə yaxın dəbdəbəli əşya oğurlaya biliblər. Zərərin ümumi məbləği hazırda 900 min avro olaraq qiymətləndirilir.

0.97135281562805